"Hər bir şəxs bilirdi ki, İlyas müəllim kimləri sədr görmək istəyərdi" - Mütəllim Rəhimov

 13:03 30.04.2025     203

"İlyas müəllim hər şeyin qanunla həyata keçirilməsini istəyirdi".

Redaktor.az xəbər verir ki, bunu Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimov partiyanın mərhum sədri İlyas İsmayılovun vəsiyyətnamə yazıb-yazmaması ilə bağlı məsələdəyə münasibət bildirərkən dedi.

"Bu, mal-mülk deyil ki, vəsiyyət edəsən. Burada fərqli fikirlər var. Hər bir şəxsin simpatiyası ola biləcək adamlar var. Mətin İsmayılovun müsahibəsini oxumuşam. Onlar sadəcə fikir bildirə bilərlər. Vəsiyyət hər şeyi həll etmir. Hər bir şəxs bilirdi ki, İlyas müəllim kimləri görmək istəyərdi. Amma konkret adam yoxdur. İlyas müəllim belə yanaşma ilə doğru edib. İlyas müəllim seçimi partiya üzvlərinə buraxıb", - deyə o bildirdi. 

"Biz də siyasi yola uyğun olaraq bütün ədalətçiləri qurultaya çağırırıq. Qurultayda namizdədlik verib sədr seçiçsələr əl sıxııb təbrik edəcəm. Qurultaya gəlmələrini xahiş edirəm. Ümid edirəm və inanıram ki, gələcəklər", - deyə M.Rəhimov əlavə etdi.

Aytəkin TOFİQQIZI