Ədalət Partiyasının qurultayı harada keçiriləcək? - AÇIQLAMA

 13:18 30.04.2025     130

"Qurultayın keçirilməsi üçün müvafiq qurumlara müraciət etmişik".

Redaktor.az xəbər verir ki, bunu Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimov bü gün keçirdiyi mətbuat konfransında dedi.

"Qurultay Ədalət Partiyasının ofisində keçirilə bilməz. 200 nəfərin iştirakını gözləyirik. Heç kimi qapıda qoya bilmərik. Müraciət etmişik, yəqin ki, yaxın zamanda cavab veriləcək. Bizə göstərilən yer əlverişli olsa göstərilən yerdə, olmasa öz müəyyən etdiyimiz yerdə keçirəcəyik", - deyə o bildirdi.

Aytəkin TOFİQQIZI