"Yeni dünya siyasi nizamında Azərbaycan əsas regional güc mərkəzi ola bilər"

 14:23 30.04.2025     234

"Yeni dünya siyasi nizamının qurulması fonunda ikinci dünya müharibəsindən sonra formalaşmış siyasi sistem çökmək üzrədir. Yeni siyasi nizam müharibələrsiz baş vermir. 2020-ci ildə Azərbaycanın da öz ərazi bütövlüyünü təmin etməsi qlobal müstəvidə proseslərin gedişindən asılı oldu. Azərbaycan beynəlxalq siyasi konyukturanı düzgün qiymətləndirərək, proseslərdən yararlana bildi".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq bildirib ki, yeni dünya siyasi nizamının qurulması istiqamətində yeni iddialar ortaya çıxır

Qeyd edim ki, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu 1991-ci ildə SSRİ çöküşü soyuq savaşdan sonra formalaşmış beynəlxalq siyasi nizamla barışmamağı idi. Hazırda Rusiya Ukrayna müharibənin davam etməsi, yeni münaqişələrin meydana gəlməsinə gətirib çıxarır. İsrailin Qəzzada hərbi əməliyyatları, İranın Yaxın Şərqdə sıxışdırılması proseslərin tərkib hissəsidir.

Hazırda Hindistanın özü tərəfindən həyata keçirdiyi "terror hücumunu" bəhanə edərək Pakistana qarşı müharibə siyasəti, əsasən Çin Pakistan ittifaqını dağıtmaqdan ibarətdir. Müharibədə Pakistan üzərində qələbə əldə etməklə, Hindistan regionda öz hegemoniyasini formalaşdırılmasına çalışır.

Yeni dünya siyasi nizamının qurulması istiqamətində yeni iddialar ortaya çıxır. Məhz növbəti mərhələdə Çinin Tayvana hücumunun şahidi ola bilərik. Hind-Sakit okean regionunda yeni müharibənin başlanması istisna deyil.

Azərbaycan yeni dünya siyasi nizamı prosesində Cənubi Qafqazda Ermənistanla sülh müqaviləsi bağlayaraq, Qafqazda əsas siyasi və hərbi gücə çevriləcək".

Vasif ƏLİHÜSEYN