Belarus Baş naziri Azərbaycana GƏLİR

 09:34 05.05.2025     211

Belarus Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə yola düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “BELTA” agentliyi yayıb. 

Bildirilib ki, Turçin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək, eləcə də azərbaycanlı həmkarı Əli Əsədovla görüş keçirəcək.

Bununla yanaşı, Turçinin işğaldan azad edilmiş ərazilərə səfəri də planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən