Bakı və İrəvan sərhəddəki pozuntular barədə məlumat mübadiləsi ETDİLƏR

 22:18 07.05.2025     156

Azərbaycan və Ermənistan sərhəddə atəşkəs rejiminin pozulması ilə bağlı məlumat mübadiləsi aparıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın aparatı yerli “factor.am” portalının sorğusuna cavab olaraq bildirib.

“Ermənistan Respublikası Azərbaycana atəşkəs rejiminin pozulması ilə bağlı müvafiq məlumatları təqdim edib”, – Paşinyanın aparatında qeyd ediblər və əlavə ediblər ki, Bakı da erməni tərəfinə pozuntularla bağlı məlumat verib.

“Ermənistan tərəfi bu məlumatları araşdırıb və nəticələr barədə müvafiq arayışı Azərbaycan tərəfinə təqdim edib”, – aparat rəsmisi vurğulayıb.