"Yeniləşən insanların içində müstəsna yeri olan tarixi şəxsiyyət Heydər Əliyevdir” - Fazil Mustafa

“Azərbaycanda yeniləşən insanlar tariximizdə elə də çox deyil. Hər dəfə cəmiyyətimizdə hansısa geriçilik amilləri görəndə dönüb yenidən Mirzə Fətəli Axundovu xatırlayırıq. Yeniləşən insanların içində müstəsna yeri olan tarixi şəxsiyyət Heydər Əliyevdir”.
Redaktor.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda bu gün keçirdiyi xüsusi iclasında bildirib.
“Biz bu gün 44 günlük savaşdan geri dönəndə bu proseslərin hamısının mənbəyində Heydər Əliyevin hansısa atdığı təməli görə bilirik. Bizim özümüz də - vaxtilə Heydər Əliyevə qarşı müxalifətdə olan insanlar belə bu yeniləşmiş baxışı qəbul elədilər. Səmimi şəkildə Azərbaycan dövlətinin o dönəmində həqiqətən onun gördüyü müstəsna işləri dərk etmiş olduq”, - deyə o qeyd edib.