"Ermənistanın silahlanmaya bu qədər vəsait ayırması suallar doğurur"

 12:51 12.05.2025     136

"Ermənistan Hindistandan 700 milyonluq zenit-raket kompleksi olan "Akaş" raketləri alıb. Raketlərin növbəti aylarda Ermənistana ixracı nəzərdə tutulur. Ermənistanın silahlanması regionda yeni eskalasiya riski yaradır. Ermənistan Baş naziri Nikol Paşinyan bir tərəfdən müharibə olmayacaq bəyanatinı verir, bir tərəfdən də kifayət qədər böyük məbləğdə silahlar alır. Bu, Ermənistanın müharibə hazırlığıdır".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Ermənistanın silahlanmaya bu qədər vəsait ayırması suallar doğurur:

"Qeyd edim ki, Hindistandan alınan silahlıların texniki parametrləri son günlər Pakistanla müharibədə effektiv olmadığını göstərdi. Hindistan istehsalı "Akaş" raket kompleksleri 25 km.mənzillidir. Azərbaycan Ermənistana silahlanmaya son verəcəyi təqdirdə sülhə hazır olacağı şərtini irəli sürməlidir.

Ermənistan Baş naziri ölkədə sosial problemləri həll etmək əvəzinə silahlanmaya bu qədər vəsait ayırması suallar doğurur. Ermənistan öz ərazisində Zəngəzur dəhlizinin avtomobili və dəmir yolunu çəkmir. Həmçinin İranla Ermənistanı birləşdirən əsas yol infrastruktur baxımından köhnədir. Ermənistan əhalisi sosial problemlərə görə ölkəni tərk etməkdədir. Paşinyanın hakimiyyəti ölkədə miqrasiyaya son qoymayib. Bu onu göstərir ki, Paşinyanın vəd etdiyi sosial proqramlar kağız üzərində qalır".

Vasif ƏLİHÜSEYN