"Rusiya üçün Türkiyə danışıqları ABŞ-nin verdiyi son şansdır"

 23:00 15.05.2025     115

"Türkiyədə keçirilən Rusiya- Ukrayna danışıqlarının növbəti raundu olacaq. Prezident Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski ilə danışıqlardan  Vladimir Putinlə telefonla danışması istisna deyil. İki lider arasında əsas vasitəçi məhz Ərdoğandır".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Türkiyənin vasitəçiliyinə dəstək verəcəklər:

"Avropa İttifaqı və ABŞ Türkiyənin vasitəçiliyinə dəstək verəcəklər. Əgər, Türkiyə danışıqları nəticəsiz qalarsa, ABŞ və Avropa ölkələri Ukraynaya ordu göndərə bilər. Rusiya üçün Türkiyə danışıqları ABŞ-nin verdiyi son şansdır.

Rusiyanı danışıqlarda təmsil edən XİN müavini Mixail Qaluzin kifayət qədər ciddi və Kremlin ağır artilleriyasıdır. İlk danışıqlarda hər hansı bir müsbət nəticə olmayacaq. Rusiya bu danışıqlarda bir müddət manipulyasiya, yaxud öz təkliflərinin qəbul edilməsinə çalışacaq". 

Vasif ƏLİHÜSEYN