"Paşinyan tipik öyrəndiyimiz erməni mövqeyindən çıxış etdi"

 11:14 16.05.2025     139

"Nikol Paşinyan İctimai Televiziyayaya müsahibəsində Azərbaycanın Ermənistana ərazi iddialarının olduğunu qeyd etdi. Paşinyan İctimai Televiziyaya açıqlaması müsbət addımdır. Amma, ənənəvi ritorikadan istifadə etdi. Hərhansı bir müsbət açıqlama vermədi. Çünki, seçkilərə hazırlıq prosesindədir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq bildirib ki, o, parlamentdə mövcud Ermənistan Konustitusiyanın ölkəsinin inkişafına əngəl olduğunu vurğulayıb:

"Onun dəyişdirilməsinin vacibliyini dəfələrlə qeyd edib. Azərbaycan televiziyasına ölkəsinin Konustitusiyasını tənqid edə bilməzdi. Bizi qane etməyən açıqlama verdi. Hətta Azərbaycan Konustitusiyasında Ermənistana ərazi iddialarının olduğunu vurğulamaqla bir növ daxili auditoriyasında xal qazanmağı hədəflədi. Tipik öyrəndiyimiz erməni mövqeyindən çıxış etdi.

Paşinyan seçkilərdən sonra referendum keçirib, konustitusiyanı dəyişəcək. Hazırda Ermənistan və Azərbaycan arasında liderlərin görüşünə dƏ ehtiyac yoxdur. Sülh mətni hazırdı, sərhədlərin delimitasiya və demarkasiya komissiyası işləyir. İkitərəfli rabitə kanalı var. Liderlərin görüşü üçün əsas bir səbəb də yoxdur".

Vasif ƏLİHÜSEYN