Əfv Komissiyasının yekun iclası keçirildi

 18:00 16.05.2025     201

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Redaktor.az xəbər verir ki, Komissiyanın üzvü Əliməmməd Nuriyevin APA-ya verdiyi məlumata görə, bu gün bu il üzrə komissiyanın 7-ci, sonuncu iclası keçirilib. İclasda 100-dən çox müraciətə baxılıb. Bu il keçirilən, 3 ayadək davam edən toplantılarda ümumlikdə 800-dən çox müraciətə baxılıb. Baxılan müraciətlər yaxın zamanlarda komissiya tərəfindən Prezidentə təqdim olunacaq.

Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.