Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq müzakirə edildi

 18:45 16.05.2025     394

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Qazaxıstan Respublikası Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu ilə görüş keçirib.

Bu barədə Redaktor.az Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatlarda Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının aktual məsələlərini müzakirə edib, həmçinin onun gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi apardılar.

“Həmçinin iki ölkə arasında çoxtərəfli formatlar, o cümlədən regionda əməkdaşlığın gücləndirilməsi üçün birgə yanaşmaların formalaşdırılması üçün effektiv platforma olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində qarşıqlı fəaliyyətə xüsusi diqqət yetirilib.

Vumart və Güvən reklamı Vumart Güvən