Mütəllim Rəhimov partiya sədri SEÇİLDİ

Bu gün Ədalət Partiyasının IX qurultayı keçirilib.
Redaktor.az xəbər verir ki, qurultayda Mütəllim Rəhimov partiyanın yeni sədri seçilib.
Mütəllim Rəhimov bundan öncə Ədalət Partiyasının sədr müavini idi.
Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.