İordaniyada Azərbaycanın turizm potensialı təqdim OLUNDU

 21:22 18.05.2025     120

İordaniyanın paytaxtı Əmmanda Azərbaycanın turizm potensialı təqdim olunub.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Yaxın Şərq ölkəsindəki səfirliyindən məlumat verilib.

“Əmmanda 1-ci MENA turizm sərgisinin açılış mərasimində iştirak etdik.

“Flame Tours & DMC” ilə birlikdə biz İordaniyanın turizm və qədim abidələr naziri Lina Annaba Azərbaycanın turizm imkanlarını təbliğ edən stend təqdim etdik”, - diplomatik missiyanın “X” sosial şəbəkəsində paylaşdığı məlumatda bildirilir.