Sahibə Qafarova Papa XIV Leoya Azərbaycan Prezidentinin təbriklərini ÇATDIRDI

 22:04 18.05.2025     117

Milli Məclisin sədri Sahibə Qafarova Roma Papası XIV Leonun mayın 18-də taxtaçıxma mərasimində iştirak edib.

Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Dünya dövlətlərinin dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasim çərçivəsində keçirilmiş görüşdə Papa XIV Leoya Roma papası seçilməsi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.