Ermənistan yeddi rayonumuzu Rusiya silahlarından istifadə edərək ələ keçiribmiş - Lavrov etiraf ETDİ

 15:12 21.05.2025     185

“Ermənistan Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın yeddi rayonunun ələ keçirilməsi üçün Rusiya silahlarından istifadə edib”.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında danışıb. 

“Xatırladım ki, Ermənistan demək olar ki, özünün bütün müstəqillik illərində, eləcə də heç vaxt rəsmi olaraq iddia etmədiyi 7 rayonun ələ keçirilməsində Rusiya silahından istifadə edib”, - deyə Lavrov qeyd edib. 

Rusiyanın XİN rəhbəri, həmçinin əlavə edib ki, ölkənin silahlarından ələ keçirilən ərazilərdə mühəndis istehkam qurğularının və döyüş xətlərinin qurulması üçün də istifadə edilib.

Onun sözlərinə görə, bütün bunlar həmin ərazilərin uzun müddət saxlanılmasına hesablanıb: “Bəzi analitiklər isə bildirib ki, həmin mühəndis istehkam qurğularının xarakteri Ermənistanın həmin rayonları Azərbaycana geri qaytarmağı planlaşdırmadığından xəbər verib”.