"Silahları dəyişən kimi müharibəni udduq"

 15:37 21.05.2025     169

"Lavrov İrəvanda səfərdə olarkən deyib ki, Ermənistan 7 rayonu Rusiya silahları ilə ələ keçirdi. İndi gəlin bunu təhlil edək".

Redaktor.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. O, bildirib ki, o zaman Azərbaycanda rus silahlarının ucbatından məğlub oldu:

"1. Bu həm də o deməkdir ki, ay adam, o zaman Azərbaycan da rus silahlarının ucbatından işğal edildi və məğlub oldu, yəni bizdə də sizin silahlar idi axı. Nəyə öyünürsən?

2. İkincisini də deyimmi?

Silahları dəyişən kimi müharibəni də udduq, sizin hərb sənayenizi də rüsvay etdik.

3. Qənimətlər Parkı qəniminiz olsun. Görmək istəməsəniz də Google-da yerləşdirilib, silahlarınız nə gündədir.

Allah sizə bir daha o gücü və imkanı qismət etməsin".

Vasif ƏLİHÜSEYN