""Ədalət"çilər lazımi məqamlarda bir araya gəlməyi bacarırlar" - Mütəllim Rəhimov

 18:28 21.05.2025     77

"Qurultayın heç bir qüsur olmadan, demək olar ki, bütün nümayəndələrin iştirakı ilə baş tutması onu göstərdi ki, "Ədalət"çilər lazımi məqamlarda bir araya gəlməyi, həmrəylik nümayiş etdirməyi bacarırlar".

Redaktor.az xəbər verir ki, bunu Ədalət Partiyasının yeni sədri Mütəllim Rəhimov partiyanın mayın 17-də keçirilmiş IX Qurultayı barədə danışarkən deyib.

"Bütün iş-gücünü atıb Azərbaycanın ən ucqar bölgələrindən, digər rayonlardan və Bakı şəhərindən gələn nümayəndələrimizin hər birinə təşəkkür edirəm. Qurultaya nümayəndə seçilə bilməyən, lakin partiyamıza sonsuz bağlılığına görə, onun işində iştirak edən üzvlərimizin fəallığı rəğbət doğurur və sabaha inamı artırır. Bu əzm, iradə və coşqu İlyas İsmayılovun müəyyən etdiyi siyasi dəst-xəttin davam etdirilməsinə sadiqlik nümayişi idi.

Dəvətimizi qəbul edərək Qurultayda qonaq qismində iştirak edən millət vəkili, hörmətli Elçin Mirzəbəyliyə və Azad Vətən Partiyasının sədri Akif Nağıya, VHP, AMİP, Ümid, BQP, AXP, Ağ Partiyanın təmsilçiləri olan dəyərli həmkarlarımıza minnətdarlığımızı ifadə edirəm.

Bundan başqa QHT təmsilçilərinə, ziyalılarımıza və Qurultayı anbaan işıqlandıran jurnalist dostlarımıza təşəkkürümüzü bildirirəm", - deyə partiya sədri  qeyd edib.

Turan İSMAYIL

2222222222222