Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bildirib.
“Tiranada çox uğurlu Zirvə toplantısından sonra Avropa Siyasi Birliyi 2025-ci ilin oktyabrında Kopenhagendə yenidən toplanacaq. EPC Liderlər səviyyəsində ümumavropa siyasi dialoqu üçün vacib foruma çevrilib”, - Koşta qeyd edib.
O bildirib ki, 2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək.
Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-ci ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.