Hikmət Hacıyev qatardan video paylaşdı: “Beş il əvvəl kiməsə desəydim ki, bir gün..."

“Beş il əvvəl kiməsə desəydim ki, bir gün Ağdamdan Bakıya sürətli qatarla gedəcəyik, bu, xəyal, fantaziya, hətta əfsanə kimi qəbul oluna bilərdi”.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
Qatardan videogörüntü paylaşan Prezident köməkçisi qeyd edib:
“Ancaq bu gün bu görüntü reallığa çevrilib. Biz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Koordinasiya Qərargahının üzvləri ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımızda dirçəliş və tərəqqinin qüdrətli simvolu olan Ağdam-Bakı sürət qatarı ilə paytaxta qayıdırıq”.
Had I told someone five years ago that we would one day travel from Aghdam to Baku by high-speed train, it might have been dismissed as a dream, a fantasy—or even a legend. Yet today, that vision has become a reality. Together with the members of Coordination Headquarters for the… pic.twitter.com/s77Ah97PWc
— Hikmet Hajiyev (@HikmetHajiyev) May 23, 2025