Gürcüstan səfiri Azərbaycan xalqını təbrik ETDİ

 19:29 24.05.2025     108

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə səfir Gürcüstanın Müstəqillik Günü münasibətilə təşkil olunan bayram konsertindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

Diplomat qeyd edib ki, konsertdə hər iki ölkənin məşhur musiqi əsərləri, o cümlədən xalq mahnıları səsləndiriləcək.

Pataradze, həmçinin Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin bütün sahələrdə, xüsusən də energetika sahəsində inkişafını məmnunluqla qeyd edib.