Azərbaycan Ukraynaya neçə milyon dollarlıq yardım edib?

 14:10 25.05.2025     153

“Azərbaycana genişmiqyaqlı mübaribənin ilk günlərindən göstərdiyi yardıma görə təşəkkür edirəm”.

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Ukraynalı nazir qeyd edib ki, Azərbaycanın Ukraynaya bu dövr ərzində göstərdiyi yardımın ümumi dəyəri 40 milyon dolları ötüb: “Bu yardım bizim üçün əvəzolunmazdır”.

Sibiqa, həmçinin qeyd edib ki, Azərbaycan nümayəndə heyəti iyulda Romada Ukraynanın bərpasına dair keçiriləcək sammitdə iştirak edəcək (Qafqazinfo).