"İsrail İrana hücum edəcək, ABŞ də ona kömək edəcək" - Zərdüşt Əlizadə

ABŞ mediası İsrailin İranın nüvə obyektlərinə hücüm edəcəyi barədə məlumat yayıb.
Belə bir hücum baş tuta bilərmi və hansı nəticələri ola bilər?
Politoloq Zərdüşt Əlizadə Redakor.az-a bildirdi ki, İsrail İrana hücum edəcək.
"ABŞ də ona kömək edəcək. ABŞ artıq ona bomba və aviasiya verib. Kəşfiyyat məlumatı ötürür. İsrail hücum edəcək, çünki İsrailin təcavüzkar, azğın, həyasız, işğalçı siyasətinə müqavimət göstərən son müsəlman ölkəsi İrandır. Bütün qalan ərəb, müsəlman ölkələri işğalçı, təcavüzkar Amerikanın və onun bölgədəki şilləvuranı İsrailin qabağında diz çöküb. Müqavimət göstərən yalnız İrandır. Öz azğın siyasətlərinə don geyindirmək üçün deyirlər ki, İran terrorizmə dəstək verir. Qanuni dəstəyi satqın Qərb mediası terrorizmə dəstək kimi təqdim edir",- deyə Zərdüşt Əlizadə bildirdi.
Aytəkin TOFİQQIZI