"Bu təşkilata Pakistanın da müşahidəçi olması mümkündür"

 17:34 27.05.2025     181

"Şuşa Bəyannaməsini "Şuşa hərbi paktı" kimi inkişaf etdirmək olar. Türk Dövlətlərinin hərbi ittifaqını nəzərdə tutan " Şuşa Hərbi Paktı"nın təsis edilməsi Azərbaycanın təhlükəsizlik maraqlarına cavab verir. Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqliyi özündə əks etdirən "Şuşa Bəyannaməsi"ni genişləndirib Özbəkistan, Qazaxıstan və Qırğızıstan qoşulmaqla yeni hərbi təşkilat olan "Şuşa Hərbi paktı" təsis edilə bilər".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib O, bildirib ki, bu təşkilata Pakistanın da müşahidəçi olması mümkündür:

"Türk dövlətləri təşkilatının inkişafı yeni dünya siyasi nizamında həlledici bir prosesin tərkib hissəsi ola bilər. Bunun üçün Türkiyənin aktiv siyasət aparmadına ehtiyac var. TDT inkişafı Türkiyənin beynəlxalq müstəvidə yeni güc olmasını, Azərbaycanın Cənubi Qafqazda regional güc olmasına gətirib çıxara bilər.

Türk Dövlətləri Təşkilatının hərbi əməkdaşlığını özündə ehtiva edə bilən "Şuşa paktı" imzalanması üzv ölkələrin təhlükəsizliyinin qorunması, xarici təzyiqlərin neytrallaşdırılması üçün xüsusi önəm kəsb edə bilər. Yeni təhlükəsizlik riskləri və təhdidlər getdikcə artır. Ona görə də Türkiyə və Azərbaycan üçün "Şuşa Bəyannaməsini" inkişaf etdirib, Türk dövlətlərinin hərbi ittifaqını nəzərdə tutan "Şuşa Hərbi Paktı"nın təsis edilməsi, yeni siyasi və hərbi çağırışlara cavab verə bilər".

Vasif ƏLİHÜSEYN