İsrail səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi

 11:20 28.05.2025     158

İsrailin Bakıdakı səfirliyi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə diplomatik missiyanın “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Müstəqillik Gününüz mübarək, Azərbaycan!

Bu önəmli günü sizinlə birlikdə qeyd edirik - ölkənizin yolunu, gücünü və nailiyyətlərini alqışlayırıq. Xalqlarımız arasında sülh, rifah və dostluğun davamlı olmasını arzulayırıq”, - paylaşımda qeyd edilib.