"Hər üç qalib ölkənin üçtərəfli əməkdaşlıq formatı unikaldır"

 12:46 28.05.2025     225

"Azərbaycan Türkiyə və Pakistan üçtərəfli hərbi-siyasi əməkdaşlığı regional siyasətdə yeni bir platformadır. Hər üç ölkə son illərdə həlledici hərbi qələbələr əldə edib. Hər üç ölkə qalib ölkədir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, bundan sonra da tərəflər arasında hərbi əməkdaşlıq yeni müsatəvidə davam edəcək:

"Türkiyə Suriyada qalib gəldi. 40 il fəaliyyət göstərən PKK ləğv etdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin edərək, Ermənistan üzərində həlledici qələbə əldə edib. Pakistan son Hindistanla hərbi qarşıdurmada həlledici qələbə əldə edib. Hər üç qalib ölkənin üçtərəfli əməkdaşlıq formatı unikaldır və bundan sonra da tərəflər arasındakı hərbi əməkdaşlıq yeni müstəvidə davam edəcək". 

Vasif ƏLİHÜSEYN