"Bu cür zirvələrin Qarabağda, Şərqi Zəngəzurda keçirilməsinin xüsusi əhəmiyyəti var"

 17:11 28.05.2025     284

"Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşünün keçirilməsi həm region, həm də dünya üçün böyük əhəmiyyətli mesajdır. Hər üç dövlət liderinin iştirakı ilə keçirilən bu görüş dünyaya sülhün, dostluğun, qardaşlığın nümunəsini əyani şəkildə göstərməkdədir. Bu birliyin, yaxınlığın, dostluğun quruculuğa, inkişafa, sülhə xidmət etdiyini bir daha təsdiq etmiş olduq. İqdisadiyyatı, müdafiə, nəqliyyat, ticarət, turizm, kənd təsərrüfatı və digər önəmli sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyi bir daha vurğulandı. Hər üç liderin çıxışlarında dövlətlərimiz, xalqlarımız arasında olan bağları, əlaqələri daha da yaxınlaşdırmağın zəruri olduğunu vurğuladıqlarını gördük. Vaxt vardı ki, dağıdılmış həmin şəhərlərdə separatçılar oğrunca, gizli olaraq müəyyən Qərb dövlətləri rəsmilərini gətirir, özlərinə havadar axtarırdılar. Bəziləri də erməni vandalizmi və işğalına haqq qazandırır, dəstək verirdi".

Bunu Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib. O, bildirib ki, bu gün azad edilmiş o torpaqlar Azərbaycan dövləti tərəfindən abadlaşdırılır, hava limanları açılır, infrastruktur yenilənir, sürətlə quruculuq işləri davam edir:

"Artıq Füzuli, Laçın kimi şəhərlərimiz xarici dövlət liderlərinin təyyarəsinin endiyi bir məkana çevrilib. Bu inkişaf və quruculuq həmin torpaqların əsl sahiblərinin Azərbaycan xalqı olduğunu bir daha sübut edir. Bu cür zirvələrin Qarabağda, Şərqi Zəngəzurda keçirilməsinin də xüsusi əhəmiyyəti var. Belə səfərlər, görüşlər bizim bu torpaqlarda əbədi qalacağımızın möhürünü vurur. Eyni zamanda, bütün dünya görür və bəlkə də vaxtilə həmin ərazilərin xarabaya çevrilməsində rolu olanlar xəcalət çəkir. Pakistan, Türkiyə və Azərbaycan arasındakı əlaqələr sarsılmaz olaraq davam inkişaf edəcək. Coğrafi baxımdan uzaqda yerləşən qardaş Pakistanın da ölkəmiz və Türkiyə ilə iqtisadi, ticari, təsərüfat və digər önəmli sahələrdə daha geniş əlaqələr qurmasına ehtiyac var. Yatırımlar, ortaq layihələr üzərində işlənəcək və bu üç dövlətin birliyi sarsılmaz böyük qüdrətə çevriləcək.

MCP-də yeni təyinat

Beləcə də nəinki bölgədə hətta Yaxın Şərqdə, bütün dünyada sülhün bərpa olunmasında əhəmiyyətli rol alacaq. Türkəynin bütün addımlarında Azərbaycan və Pakistanın ona dəstək verməsi, eyni zamanda Azərbaycan və Türkiyənin, Hindistanla Pakistan arasındakı məsələdə Pakistana dəstək verməsi, eləcə də hər iki qardaş ölkənin Qarabağ savaşında Azərbaycana ciddi dəstək verməsi arada olan bağları daha da möhləmlətdi, sınaqdan çıxardı və sarsılmaz etdi. Ölkələrimizə qarşı mənfur niyyətləri geri çevirmək üçün, bölgədə sülhü təhdid edən qüvvələrin məyus olması üçün bu Zirvənin daha böyük əhəmiyyəti var. Sülh üçün, inkişaf, tərəqqi üçün birlikdə olan bu ölkələr eyni zamanda mesaj verir ki, əgər mənfur, qəsdçi, pozucu niyyətlər, cəhdlər olarsa hər kəs qarşısında bu birliyi, bu dövlətləri görəcək".

Vasif ƏLİHÜSEYN