"Köçəryan seçkilərdə Paşinyana qarşı üstünlük əldə edə bilər"

 13:55 29.05.2025     166

"Ermənistanda Qarabağ separatçılarının yenidən fəallaşması özlərinə "prezident" və "parlament sədri" seçməsi birbaşa Moskvanın təlimatı ilə reallaşır. Prosesləri də idarə edən Robert Koçaryandı. Sabiq prezident Serj Sarkisyanda R. Köçəryanın baş nazirliyini dəstəklədiyini vurğulayıb. Yəni, Kremldən Ermənistan müxalifətinə fikir ayrılıqlarına kənara qoyaraq "birləşmək" mesajı verilib. Hər gün müxalifət əlində olan kütləvi informasiya vasitələrindən Robert Koçaryanın piarını aparır. Görünür, Moskva Paşinyana alternativ olaraq Köçəryanı seçib".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, buna baxmayaraq Nikol Paşinyan seçkilərdə qalib gələcəyinə əmindir:

"Ermənistanda gələn il keçiriləcək parlament seçkilərinə kimi Qarabağ separatçıları, Kilsə və müxalifət Köçəryanın ətrafında  birləşməsi mümkündür. Baş nazir Nikol Paşinyan arxayındır ki, Robert Köçəryan ona qalib gələ bilməz. Amma, Köçəryanın toparlanması və ətrafında yeni gücün ortaya çıxması fonunda seçkilərdə Paşinyana qarşı üstünlük əldə edə bilər. Necə ki, Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə Rusiyayönümlü partiya seçkilərində qalib gəldi.

Paşinyan, Sarkisyan və Köçəryanı seçkilərə kimi neytrallaşdıra bilər. Sarkisyana cinayət işi qaldırılıb. Köçəryanın növbəti həbsi İrəvan və Moskva arasında yeni siyasi böhrana yol aça bilər. Moskva məhz Köçəryanın təhlükəsizlik təminatını Paşinyandan tələb etməsi istisna deyil. 2026-ci il yayı Ermənistanda "isti" keçəcəyi inidən gözlənilir. Rusiya Ermənistanda yenidən özünə sadiq adamları iqtidara gətirmək üçün birbaşa hərəkətə keçib. Rusiya bununla regionda Qərbi vurub çıxarmaq və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini ertələməyi planlaşdırır".

Vasif ƏLİHÜSEYN