Şahbaz Şərifin Azərbaycana səfəri başa ÇATDI

 14:05 29.05.2025     126

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri bu gün başa çatıb.

Redaktor.az xəbər verir ki, Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Məhəmməd Şahbaz Şərifi Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.