"Vaşinqtonun Bakı və İrəvana göndərdiyi şəxslər yerindəcə tərəflərin nəbzini yoxlayırlar"

"ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi Bakıda başda Prezident İlham Əliyev olmaqla Azərbaycan rəsmiləri ilə görüşərkən, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Coşua Hak da İrəvanda erməni rəsmiləri ilə müzakirələr aparır".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, bu Ağ Ev adminstrasiyasının Cənubi Qafqaz siyasətini fəallaşdırmasının əlamətidir:
"Donald Tramp Prezident seçildikdən sonra xarici və təhlükəsizlik siyasətində vaxtının çoxunu Rusiya-Ukrayna müharibəsinə, İranla danışıqlara və Yaxın Şərq məsələrinə həsr edib. Bununla yanaşı Vaşinqton Azərbaycan-Ermənistan danışıqlarını da izləyir və bu prosesdə hansısa formada rol almaq haqqında düşünür. Bakı və İrəvana danışıqlarda vasitəçiyə ehtiyacı yoxdur, ancaq əgər Rusiya bu prosesə müdaxilə etməyə çalışacaqsa, ABŞ da kənarda qalmaq istəməyəcək. Vaşinqtonun Bakı və İrəvana göndərdiyi şəxslər yerindəcə tərəflərin nəbzini yoxlayırlar".
Vasif ƏLİHÜSEYN