ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər - SƏBƏB

 19:05 30.05.2025     164

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanının nəzərdə keçirdiyini bildirib.

Bəs ABŞ lideri əsasən hansı səbəblərə görə Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək istəyir?

Redaktor.az-a danışan politoloq Əlimusa İbrahimov bildirdi ki, Rusiya ilə Ukrayna arasında ABŞ-nin vasitəçiliyinin hər hansı bir nəticəyə gətirib çıxarmadığı göz önündədir.

"Təxminən iki həftə bundan öncə həm Tramp, həm də onun ətrafındakı siyası xadimlər danışıqlar nəticə verməsə, vasitəçilikdən imtina edəcəkləri barədə bəyanat vermişdilər. Tramp-Putin telefon danışığından sonra ABŞ prezidentinin bundan sonra danışıqları iki tərəfin aparacağını söyləməsi elə vasitəçilikdən imtina etmək anlamına gəlməlidir. Rusiya ilə Ukrayna arasında iyun üçün nəzərdə tutulan görüşdə Amerika iştirak etməsə, bu, Trampın vasitəçiliyinin sona çatdığına işarədir".

Əlimusa İBRAHİMOV - müəllifin son məqalələri və hadisələrin icmalı -  Sputnik Azərbaycan

Politoloq qeyd etdi ki, bundan sonra isə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi məsələsi gündəmə gələcək.

"ABŞ prezidenti hələ ki, Rusiyaya qarşı yeni sanksiyalar paketinin təqdim etməyə tələsmir. Amma bu heç də sanksiyaların tətbiq olunmayacağı anlamına gəlməli deyil. Trampın səbri hüdudsuz deyil və o, təzyiqlər qarşısında davam gətirməyə bilər.

Beləliklə yaxın zamanlarda ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalarının şahidi ola bilərik. Təbii ki, Rusiya tutduğu mövqedə yumşaltma etməsə, şahid olacağıq", - deyə Ə.İbrahimov əlavə etdi.

Aytəkin TOFİQQIZI