"Rusiya hücumları intensivləşdirərək təzyiq etməyi planlaşdırır"

"Rusiya -Ukrayna arasında gözlənilən danışıqların ikinci raundunun başlanması fonunda Rusiya Ukraynada yeni cəbhə açıb. Xüsusilə Xarkov və Sumı vilayətinə intensiv yay hücumlarını genişləndirib. Bu hücumlarda məqsəd danışıqlarda üstünlük əldə etmək və Qərbi fakt qarşısında qoymaqdır. Donald Tramp Rusiya prezidenti haqqında sərt ifadələr işlətməsi sanksiyalarla hədələməsina baxmayaraq Rusiyanın müəyyən şərtləri ilə razılaşdığının mesajı verilir".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, məhz Rusiya da hücumları intensivləşdirərək ABŞ və Ukraynaya təzyiq etməyini planlaşdırır:
"İstanbulda danışıqlar baş tutarsa, yenidən nəticəsiz olacaq. Çünki, Rusiya cəbhədə üstünlük əldə edərək, danışaqlar masasında güzəştsiz mövqe ortaya qoyacaq. Tramp Ukraynanı Rusiya ilə anlaşma əldə etmək üçün təzyiqlər etməsi istisna deyil. Danışıqların ikinci raundu baş tutarsa, nəticəsiz olacaq. ABŞ indiki siyasətini davam etdirməklə Rusiyaya təzyiq etməyəcək. Rusiya hücumları intensivləşdirərək Xarkovu işğal edə bilər. ABŞ prezidenti Tramp Rusiyaya konfontrasiyaya getmək istəmir. Putin bundan istifadə edərək, Ukraynada işğalı genişləndirir".
Vasif ƏLİHÜSEYN