"Azərbaycan-Türkiyə-Pakistan timsalında yeni bir güc mərkəzi formalaşır"

Budəfəki 28 May-Müstəqillik Günü bir başqa gün oldu. Mayın 28-də dünyanın nəzər-diqqəti işğaldan azad edilmiş Azərbaycan torpağnda-Laçına dikildi.
Azərbaycan üçün çox əlamətdar bir gündə Türkiyə Prezidenti və Pakistanın Baş nazirinin işğaldan azad olunmuş ərazimizə gəlməsi dərin məna daşıyan bir hadisə oldu.Bu,əslində dünyanın nəhəng ölkələrindən olan Türkiyənin timsalınada bir əsas NATO üzvünün və Pakistanın timsalında bir nüvə dövlətinin Azərbaycanın yanında olduğunu və ona tam dəstək verdiyinin nümayişidir.
Mahiyyət etibarı ilə öz-özlüyündə Türkiyə və Pakistan dövlət başçılarnın Laçına səfəri strateji mahiyyət kəsb edən çox önəmli bir mesajdır. Bununla yanaşı Laçın Zirvısndən 3 ölkənin sərhədlərini aşan,dünyanın diqqətini gəlb edən çox vacib mesajlar da verildi. Bu mesajların əsas qayəsini 3 məqam təşkil edir:
Birincisi, gücümüz birliyimizdə deyilməklə, biz,Azərbaycan-Türkiyə-Pakistan olaraq gücümüzü birləşdiririk mesajı verildi.
İkincisi, biz dayanıqlı sülh,qarşılıqlı hörmət və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan əməkdaşlıq tərəfdarıyıq deyildi.
Üçüncüsü, biz bədxahlarımızın bizə qarşı “qırmizı xətti keçən” istənilən bəd əməlinə layiqlı cavab verə bilmək iqtidarındayıq mesajı verildi.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək, eləcə də Pakistanla Hindistan arasında Kəşmirlə bağlı son münaqişə zamanı Azərbaycan və Türkiynin birmənalı və qətiyyətli mövqeləri açıq-aydın göstərdi ki, bu üç ölkənin hər hansı birində bir hadisə olanda, bir-birinin arxasında dura biləcək qədər iradə nümayiş etdirə bilrlər. Bu həm Azərbaycan-Türkiyə-Pakistan dövlət başçıları arasında qərarlaşmış qardaşlıq münasibətlərindən, həm də xalqlarımızın bir çox cəhətdən, xüsusən də ruhən bir-biri ilə çox yaxın olmasından qaynaqlanır. Belə bir etibarlı zəmin əsasında dünyanın geosiyasi səhnəsində Azərbaycan-Türkiyə-Pakistan timsalında yeni bir güc mərkəzi, bölünməz ittifaq formalaşır.
Bu görüş, üç strateji tərəfdaş ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Ona görə də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü sadəcə diplomatik bir tədbir deyil, bu həm də regionda formalaşan yeni geosiyasi düzənin rəsmi bəyanıdır.
Əli MƏSİMLİ,
millət vəkili