Minalar kütləvi qırğın silahı funksiyası daşıyır - Hikmət Hacıyev

 22:01 31.05.2025     333

Minalar kütləvi qırğın silahı funksiyası daşıyır. 

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb. 

“Azərbaycanda mina terroru qalmaqdadır”, – deyən dövlət rəsmisinin sözlərinə görə, 2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub.

“Bu minalar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı qəsdən və hər tərəfdə basdırılıb. Bir çox hallarda minalar hər hansı hərbi zərurət olmadan – yalnız mülki şəxsləri hədəf almaq və məcburi köçkünlərin öz ata-baba torpaqlarına təhlükəsiz qayıdışını qəsdən gecikdirmək üçün qoyulub. Bu xüsusda, minalar kütləvi qırğın silahı funksiyası daşıyır və ciddi təhlükə yaradır”,  - Hikmət Hacıyev vurğulayıb.