Qarabağ müharibəsi şəhidlərimizi unutmayacağıq - Türkiyəli din xadimi

 10:49 01.06.2025     328

Azərbaycanda özümüzü evimizdə hiss edirik. Gördük ki, iki dövlət, bir millət anlayışı realdır.

Redaktor.az xəbər verir ki, bunu Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında Türkiyədən olan din xadimi Zahid Demirel deyib.

"Biz İkinci Qarabağ müharibəsi zamanı çox dua etmişdik. Şəhidlərimizi unutmayacağıq. Həmçinin nə Qarabağ savaşını, nə də 20 Yanvar kimi faciələri yaddan çıxaracağıq. Əksinə, ölkəmizə qayıdanda gördüklərimizi danışacağıq", - o bildirib.(report)