Bu Azərbaycanın enerji sektorundakı liderliyini təcəssüm etdirir - Tramp

 12:32 03.06.2025     129

ABŞ Prezidenti Donald Tramp 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”a təbrik məktubu göndərib.

Redaktor.az xəbər verir ki, məktubda deyilir:

“Əziz cənab Prezident.

Sizi və Azərbaycan xalqını səmimi-qəlbdən 30-cu Bakı Beynəlxalq Neft və Qaz Sərgisinin keçirilməsi münasibətilə təbrik edirəm. Bu, Azərbaycanın həqiqətən də regionda enerji sektorunda liderliyini və qlobal enerji təhlükəsizliyini təcəssüm etdirir. Otuz il ərzində iki millətimiz, iki xalqımız həqiqətən də enerji sərvətləri fonunda karbohidrogen sektorunda liderliyini nümayiş etdirmişdir. Həqiqətən də qlobal enerji ehtiyatlarının növbəti onillərlə qarşılanması baxımından da bu çox önəmlidir ki, hər bir xalqın resursları öz rifahına xidmət etsin.

ABŞ Azərbaycanla tərəfdaşlığını enerji sabitliyinin həyata keçirilməsinin mümkünlüyü istiqamətində də davam etdirmək əzmindədir. Biz bu önəmli sektorla birlikdə səylərimizi enerji müstəqilliyinin dayanıqlılığı və iqtisadi artım istiqamətində reallaşdıra bilərik. Bu gözəl tədbirlə bağlı bir daha təbriklərimi çatdırıram”.