"İran rejimi öz müstəqilliyini Trampa güzəştə getməyi düşünmür"

"ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişi deyil, təbii ehtiyatlarla bağlı saziş imzalamaq istəyir".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, İranın neft -qaz sahəsində ABŞ pay almağa çalışır:
"Əgər, İran ABŞ neft-qaz sahəsindən pay verərsə, razılaşma olarsa, Donald Tramp İrana nüvə silahı əldə etməyə də icazə verəcək. Donald Trampı nüvə silahı deyil, iqtisadi maraqları önəmlidir. Bu gün Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığında Ukrayna deyil, İran məsələsi daha çox müzakirə edilib. İran rejimi öz müstəqilliyini Trampa güzəştə getməyi düşünmür".
Vasif ƏLİHÜSEYN