İstanbulda Rusiya-Ukrayna danışıqlarının kənarında avropalı siyasətçilər də olub

 12:11 05.06.2025     197

2 iyun tarixində İstanbulda Rusiya ilə Ukrayna arasında keçirilən münaqişənin həlli üzrə ikinci danışıqlar raundunda Fransa, Böyük Britaniya və Almaniya hökumətlərinin yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik komitəsinin sədr müavini Vladimir Çijov "Novosti Pervogo" kanalına  məlumat verib.

Çijovun sözlərinə görə, Ukrayna tərəfi danışıqlardan əvvəl Rusiyanın təqdim etdiyi memorandumla tanış olmaqda israr edib. O, Avropa ölkələrinin nümayəndələrinin də məhz bu səbəbdən İstanbuldakı danışıqların kənarından izləyici qismində iştirak etdiyini bildirib.

Xədicə BAXIŞLI