"Paşinyan rəqiblərini əzib keçməyə çalışacaq"

 13:39 09.06.2025     164

"Ermənistanın Baş naziri Nikol Paşinyan qəti şəkildə II Qareginin könüllü subaylıq əhdini pozaraq uşağı olması xəbərini ancaq kəşfiyyat mənbələrindən əldə edə bilərdi".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın Qareginlə bağlı son açıqlamasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Qareginin övladının olduğunu ya Ermənistanın kəşfiyyat strukturları Paşinyana veriblər, ya da bunun arxasında xarici ölkə kəşfiyyat stukturlarından biri dayanır.

"Söhbət o ölkələrin kəşfiyyat strukturlarından gedir ki, Nikol Paşinyanın hakimiyyətini itirməsini və Ermənistanda Rusiyaya bağlı güclərin hakimiyyətə gəlməsini istəmirlər. Nikol Paşinyan II Qareginlə yanaşı keçmiş prezident Robert Köçəryanın üzərinə də getməyə başlayaraq, onun korrupsiya əməllərini faş edə biləcəyi xəbərdarlığını edib. Böyük ehtimalla II Qareginin övladının varlığı məlumatını Paşinyana ötürən mənbə Robert Köçəryanın hakimiyyəti dövründə və sonrasında korrupsiya əməlləri barədə də əllərindəki məlumatları Ermənistanın baş nazirinə ötürüblər. Paşinyan bu məlumatlar əsasında parlament seçkisi önsəcində rəqiblərini əzib keçməyə çalışacaq. Onun bu fəaliyyəti bizim də xeyrimizədir", - deyə Şahinoğlu vurğulayıb.

Xədicə BAXIŞLI