"Proseslər onu göstərir ki, Tramp Ukraynanı Putinə güzəştə getməyə hazırdı"

"Donald Tramp ABŞ beynəlxalq mövqelərini zəiflədir. ABŞ prezidenti Trampla Rusiya prezidenti arasında baş tutan telefon danışığında görüş barədə razılaşma əldə edilməyib. Çünki, görüş Ukrayna danışıqlarında ciddi irəliləyişlərin əldə olunması ilə nəticələnməli idi. Rusiya tərəfi nə atəşkəsə, nə də sülhə hazır deyil. bir görüşə hazır deyil. Göründüyü kimi, baş tutan telefon danışığından sonra D. Tramp Ukraynaya zərbələrə seyrçi qalıb".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Tramp Ukraynaya hərbi yardımları dayandırmaqla yanaşı, Rusiyaya sanksiyaların tətbiqinin də qarşısını alır. Bundan böyük Putinə hədiyyə ola bilməzdi:
"Proseslər onu göstərir ki, Tramp Ukraynanı Vladimir Putinə güzəştə getməyə hazır görünür. Hazırda ABŞ Konqresində respublikaçılar Trampın Ukrayna siyasətindən narazıdır. Əgər, Tramp hazırkı siyasətini davam etdirəcəksə, onun siyasi karyerası, həmçinin respublikaçılar partiyasının növbəti mərhələdə seçkilərdə iştirakıUkrayna müharibəsindən asılı olacaq. Xüsusilə, bu siyasət Respublikaçılar partiyasının imicinə zərbədir. Baş verənlər Trampın impiçment olunması istisna deyil.
Əgər, ABŞ Ukraynadan tam geri çəkilərsə, Avropa İttifaqı yeni beynəlxalq siyasi və hərbi güc olacaq. Bundan əlavə, Böyük Britaniya da öz beynəlxalq siyasi mövqeyini gücləndirəcək. Bununlada ABŞ Ukraynanı Rusiya qarşısında dəstəkləməyəcəksə, artıq fövqəl dövlət statusunu itirən bilər.
Tramp prezidentliyə başladıqdan sonra, heç bir müsbət uğura imza atmayıb. Hakimiyyət daxilində böhran davam edir. Kaliforniyada etiraz aksiyaları məhz onun daxili siyasətinin iflasıdır. D. Tramp strateji və müttəfiq ölkələri ilə münasibətləri gərginləşdirib.
Amerika qitəsində güclənməsini özünün strateji planına daxil edən Tramp Latın Amerikası ölkələri və Kanada ilə soyuq münasibətlərə malikdir. Ona görə də Trampın "ABŞ yenidən qayıtdı", "güclü Amerika" kimi şüarları populizmdi. ABŞ özünün beynəlxalq müstəvidə qürubunu yaşayır".
Vasif ƏLİHÜSEYN