"Keşişlər Paşinyan hakimiyyəti üçün təhdiddir" - AÇIQLAMA 

 16:03 10.06.2025     123

"Ermənistanda Nikol Paşinyan hakimiyyəti ilə kilsə arasında olan uçurumun dərinləşməsi gözlənilən idi. Çünki Paşinyan kilsə, özəlliklə Qareginin timsalında keşişlərin bir çoxunun onun siyasi hakimiyyəti üçün təhdid olduğunu yaxşı anlayır".

Bu fikirləri Redaktor.az-a politoloq Tural İsmayılov Paşinyanla II Qaregin arasında baş verən qarşıdurmadan danışarkən bildirdi.

"Əslində, bu gün Ermənistan hazırda xaotik bir dövlət kimi ortaya çıxıb. Siyasi qərarvericilərlə kilsə təmsilçiləri arasında çox ciddi qarşıdurmalar yaşanır. Amma bütövlükdə nəzərə almaq lazımdır ki, bu gün Ermənistan kilsəsi dedikdə, daha çox xaricdəki erməni lobbisinin əlaltısına çevrilmiş iqtisadi təsir vasitəsi nəzərdən keçirilməlidir", - deyə o vurğuladı.

Tural İsmayılov: “Avropa İttifaqının missiyası Ermənistan ərazilərinin  növbəti dəfə peşkəş edilməyidir” | Report.az

Politoloq qeyd etdi ki, kilsənin bu gün Paşinyan komandasının formalaşdırdığı normativlərlə uyğun gəlməməsi, Paşinyan hökumətinin tezislərinin bugünkü erməni kilsəsinin yanaşması ilə 180 dərəcə fərqli olması Ermənistanda kilsə ilə hökumət arasındakı uçurumu daha da dərinləşdirir:

"Eyni zamanda, Paşinyan erməni kilsəsinin dövlət tərəfindən idarə edilməli olduğunu düşünür. Çünki Paşinyan dövlət tərəfindən idarə olunan kilsənin gələcək siyasi proseslərdə özünə baş ağrısına çevrilməyəcəyinə güman edir".

Xədicə BAXIŞLI