"Paşinyan qələbə əldə edərsə, üçüncü Ermənistan Respublikası elan edəcək"

"Nikol Paşinyan Ermənistanı üçüncü respublikaya aparır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması 2026-ci il seçkilərinə kimi baş tutmayacaq. Bu ölkədə daxili siyasi çəkişmə hər keçən gün artır. Müxalifət və Kilsə Paşinyana yeni cəbhə açıb. Demək olar ki, Paşinyan Azərbaycanın bir növ şərtinə əsasən Robert Köçəryanı, Serj Sarkisyanı və Seyran Ohanyanı həbs edəcək. Hər üçünə cinayət işi açılıb".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, həmçinin Azərbaycana qarşı işğalın başında olan Erməni Apostol Kilsəsi və onun rəhbəri baş keşiş İkinci Qaregeni neytrallaşdırır:
"Gələn il parlament seçkiləri Ermənistan üçün həlledici olacaq. Paşinyan qələbə əldə edərsə, üçüncü Ermənistan Respublikası elan edəcək. Burada revanşist qruplar siyasətdən silinəcək. Ermənistan Apostol Kilsəsi hökumətə tabe olunacaq. Həmçinin Azərbaycanla sülh müqaviləsi bağlanması istisna deyil. Əksi halda yəni müxalifət qələbə əldə edərsə, Azərbaycanla yeni müharibə mümkündür. Ermənistan Rusiya ilə ittifaqı möhkəmləndirəcək".
Vasif ƏLİHÜSEYN