Azərbaycan etibarlı tərəfdaş statusunu yenidən təsdiqlədi - Fatih Birol

 19:01 12.06.2025     120

Azərbaycan Avropa üçün ən çətin məqamda qaz tədarükünü artıraraq, həm Aİ üçün, həm də onun hüdudlarından kənarda etibarlı tərəfdaş rolunu bir daha nümayiş etdirdi.

Redaktor.az xəbər verir ki, bu barədə “Report”a Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib.

"Dünən Brüsseldə COP29-un prezidenti Muxtar Babayevin iştirakı ilə COP30 ilə bağlı çox vacib görüş keçirdik. Görüşdə digər məsələlərlə yanaşı, COP29-un nailiyyətlərini və COP30-dan gözləntiləri müzakirə etdik", - F.Birol qeyd edib.