"Tramp buna görə, İsrailə mane olmamağa üstünlük verdi"

"ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya İrana qarşı müharibəyə başlamağa icazə verməklə sərt üzünü göstərdi. Halbuki, buna qədər Tramp Netanyahunu səbrli olmağa, Vaşinqtonun Tehranla danışıqlarının nəticəsini gözləməyi məsləhət görürdü".
Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, danışıqlarda irəliləyiş olmadığını bildirib:
"Tramp vədinin əksinə olaraq Rusiya-Ukrayna müharibəsini dayandıra bilmir. Bu səbəbdən İranla danışıqların nəticə verməyəcəyini anlayan Tramp bu dəfə İsrailə mane olmamağa üstünlük verdi. Çünki, əks halda Tramp daxili və xarici auditoriyaya Tehranla danışıqların niyə nəticəsiz qaldığını anlatmalıydı. Bu isə Trampın xarici siyasətdə növbəti uğursuzluğu kimi vurğulanacaqdı. İsrail hava zərbələriylə İranın uranı zənginləşdirmək potensialını heçə endirərsə, Tramp bunu özünün uğuru kimi qələmə verəcək".
Vasif ƏLİHÜSEYN