İsrail və İran böyük qarşıdurmaya getməyəcək - ŞƏRH

 17:40 13.06.2025     165

"İran-İsrail qarşıdurması bir müddət bundan öncə də olmuşdu. Yəni, dəfələrlə belə olub. Açığı, bunun genişmiqyaslı müharibəyə çevriləcəyini düşünmürəm".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov İran-İsaril arasında baş verən münaqişəni şərh edərkən bildirdi.

"Gözləntim odur ki, məsələ yaxın günlərdə yekunlaşa bilər. Əlbəttə, burada üçüncü tərəflərin maraqları olarsa və münaqişəni böyütmək istəsə, bu, yeni müstəviyə keçə bilər. Düşünürəm ki, nə İsrail, nə də İran böyük qarşıdurmaya getmək istəməzlər. Nəzərə almaq lazımdır ki, İsrailin əlində nüvə silahı var, İran isə böyük dövlətdir, böyük ordusu var. Ona görə bunların qarşıdurması nə ikitərəfli münasibətlərə, nə də regional münasibətlərə müsbət təsir göstərə bilər. Bu cür aviazərbələrin endirilməsi mümkündür. İsrail zərbə endirə bilər, İran ona cavab verə bilər, amma böyük qarşıdurmaya keçəcəyi ehtimalı o qədər də real görünmür", - deyə o vurğuladı.

Xədicə BAXIŞLI