İrəvan və Bakı sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparır - Paşinyan

 18:15 13.06.2025     77

Ermənistan və Azərbaycan mətni artıq razılaşdırılmış sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Praqada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Bu il Azərbaycanla sülh sazişi ilə bağlı danışıqları müsbət nəticələrlə başa çatdırmağa müvəffəq olduq. Yəni bu layihə ikitərəfli əsasda razılaşdırılıb və indi sülh sazişini imzalamaq vaxtıdır. Hazırda bu nöqtəyə çatmaq və sülh sazişini imzalamaq üçün Azərbaycanla məsləhətləşmə prosesindəyik", - Baş nazir qeyd edib.