Qırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edildi - YENİLƏNİB

 17:24 15.06.2025     481

Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, görülən müvafiq tədbirlər nəticəsində Qırğızıstan diplomatik nümayəndəliyinin daha səkkiz nəfəri (ikisi böyük, beşi uşaq olmaqla) Azərbaycan tərəfə keçib. Daha 10 nəfərin təxliyəsi həyata keçirilir.

***

Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, görülən müvafiq tədbirlər nəticəsində, yeddi nəfər diplomatik heyət daxil olmaqla, ümumilikdə 28 Qırğızıstan vətəndaşının İrandan Azərbaycana gəlməsi gözlənilir.

Onların bir qismi bu gün Astara sərhəd-keçid məntəqəsindən quru yolla Azərbaycan gəlib.

İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

22