Bütün rusiyalı sənətçilər İrandan Azərbaycana təxliyə edilib - Nazir

Çaykovski adına Böyük Simfonik Orkestrin bütün musiqiçiləri İrandan Azərbaycana təxliyə olunub.
Redaktor.az xəbər verir ki, bu barədə 15 iyun tarixində RF mədəniyyət naziri Olqa Lyubimova özünün Telegram kanalında məlumat verib.
"Bu gün Pyotr İlyiç Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçdilər. Dünən isə eyni marşrutla Fyodor Bondarçukun çəkiliş qrupu İranı tərk etdi. Hamı sağ-salamatdır!" – nazir yazıb.