"Tramp özü böyük bir müharibəyə başladı"

"ABŞ onun əsas strateji rəqibi Rusiyaya qarşı deyil, artıq zəifləmiş İrana qarşı müharibəyə qoşulur. Halbuki Rusiya Ukraynaya hücum etməklə ABŞ meydan oxuyaraq, onun beynəlxalq mövqelərini zəiflətmək və fövqəl dövlət statusuna zərbə vurmağa çalışır".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, Rusiyanın Ukraynada hərbi əməliyyatları genişləndirdiyini bildirib:
"Qərbin proseslərə seyrçi qalması mümkün görünmür. Çünki Böyük Britaniya, Almaniya prosesdə ABŞ-ni dəstəkləyir. Hətta Fransa da İsraili müdafiə edir. Amma, Rusiyaya qarşı bu qədər mövqe ortaya qoyulmur. İran məsələsini həll edib, Rusiyaya qarşı eyni mövqedən Donald Tramp çıxış etməsə, ABŞ-nin beynəlxalq mövqeləri zəifləyəcək. Baxmayaraq ki, Iranı ram etməyə çalışır. Tramp Baydeni Ukraynada müharibəni başlatmaqda ittiham edirdi. Özü prezident olsaydı, müharibəyə yol verməyəcəyini qeyd edirdi. Amma, özü birbaşa böyük bir müharibəyə başladı".
Vasif ƏLİHÜSEYN