Azərbaycan qanunvericiliyində bu anlayışına yenidən baxılması təklif olunur

 19:32 18.06.2025     100

Azərbaycan qanunvericiliyində "ərazi müdafiəsi" anlayışına yenidən baxılması təklif olunur.

Redaktor.az xəbər verir ki, bununla bağlı Milli Məclisin iyunun 21-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müdafiə haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Sənədə əsasən, "ərazi müdafiəsi" dedikdə ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksi nəzərdə tutulur.

Bildirilir ki, təqdim edilən Qanun layihəsi ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticələrinin təhlili ölkəmizdə ərazi müdafiəsi məsələlərinə yenidən baxılmasına zərurət yaradıb.

Layihədə həmçinin vurğulanıb ki, ərazi müdafiəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcəyi təklif edilir.