Azərbaycan İsrail rəhbərliyinə yenidən müraciət ETDİ

 11:12 19.06.2025     231

Azərbaycan İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülki əhalinin və mülki obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrail tərəfə yenidən müraciət edib.

Redaktor.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, xüsusilə Ərdəbildəki hərbi obyektlərin vurulmasından sonra Azərbaycan tərəfdə mülki əhalinin təhlükəsizliyi baxımından narahatlıq yaranıb.

Qeyd edək ki, Azərbaycan İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəfə almamaq, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı bir neçə gün öncə müxtəlif kanallarla İsrail rəhbərliyinə mesaj göndərmişdi. Bildirilirdi ki, İsraillə İran arasında münaqişə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük zərər vurur. İsrailin hərbi əməliyyatları İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə edir və belə olduqda, yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması halları qaçılmazdır.